“Slima” - “Xəzər Lənkəran” matçı AzTV-də
30.06.2013 - 11:20
“Slima” - “Xəzər Lənkəran” matçı AzTV-də
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Slima” – “Xəzər Lənkəran” matçı canlı yayımlanacaq. Bu haqda apasport.az saytına Lənkəran təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

O bildirib ki, azarkeşlər iyulun 2-də baş tutacaq qarşılaşmanı AzTV vasitəsilə izləyə biləcəklər.

Ta-Qali şəhərinin eyniadlı stadionunda keçiriləcək görüşü estoniyalı Erik Saar idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Cavab qarşılaşması isə iyulun 11-də Lənkəranda keçiriləcək.