Rasim Ramaldanov: Hər şeyi Maltada həll etmək fikrindəyik - MÜSAHİBƏ
30.06.2013 - 12:11
“Xəzər Lənkəran”ın mərkəz müdafiəçisi Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi
- Komandanızın Almaniyada keçirdiyi təlim-məşq toplanışı barədə nə deyə bilərsiniz?
- Şükür Allaha, hər şey yaxşı keçdi. Gözəl kollektiv, gözəl məşqçi var. Avrokuboklara hazırlaşırıq. Əvvəlcədən gündə 2 dəfə məşqlər edirdik. Daha çox fiziki hazırlığa üstünlük verdik. Ancaq az vaxt qaldığı üçün son məşqlərdə taktiki məsələlərə də yer ayrıldı. Bu gün Maltaya səfərə çıxırıq (müsahibə səfərdən öncə götürülüb – red.). Allah qoysa, ordan da yaxşı nəticə ilə qayıdacağıq.
- Con Toşak toplanış ərzində yeni transferlərə yaxınlaşıb məsləhətlərini verirdi. Maraqlıdır, uelsli çalışdırıcı sizə nə deyib?
- Əlimi sıxıb “xoş gəldin” dedi. Ancaq ingilis dilini bilmədiyimdən, baş məşqçi ilə çox söhbət etmək imkanım olmayıb.
- Ümumiyyətlə, Toşak haqda nə deyə bilərsiniz?
- Çox gözəl məşqçidir. İnsan kimi də yaxşı adamdır. Onun hansı komandalarda işlədiyini yaxşı bilirik. Yaxşı nəticələr qazanıb. Özüm də şadam ki, belə bir məşqçinin sərəncamındayam. İnşallah, əlimdən gələni edəcəyəm ki, əsas heyətdə oynayım.
- “İnqolştadt 04”lə yoxlama oyununda start heyətində yer almadınız. “Slima” ilə görüşdə ilk “11-lik”də oynayacağınıza inanırsız?
- Bunu deyə bilmərəm. Bu, məşqçinin qərarından asılıdır. Ola bilsin hər 2 mərkəz müdafiəçisi (Adrian Skarlatake ilə Alvaro Silvanı nəzərdə tutur – red.) çoxdandır bir yerdə oynayıb deyə dünən onlar start heyətdə yer aldı. Görünür, komandaya qısa müddətdir qoşulduğumdan məni əsas heyətdə meydana buraxmağa qorxur. Yəqin ki, gələcəkdə özümü göstərsəm, məni sonradan əsas heyətdə oynadar. Məşqçi məni Avroliqa oyununda meydana buraxsa şad olaram. Buraxmasa, yenə də istəyərəm ki, komandam qələbə qazansın və yaxşı nəticə ilə vətənə qayıdaq.
- Sizin mövqeyinizdə Skarlatake və Alvarodan başqa, Elnur Allahverdiyev də var. Bu rəqabətdən qalib ayrıla biləcəksiniz?
- Sevinirəm ki, komandada rəqabət var. Rəqabət olmasa, futbolçu heç vaxt artıra bilməz. Bu, yaxşı haldır. İnşallah, çalışacağam kimi rəqabətdən qalib ayrılım.
- Son vaxtlar 3 əcnəbi baş məşqçi – Berti Foqts, Georgi Çixradze və Con Toşakla çalışmısız. Bu məşqçiıəri hansı cəhətlərinə görə fərqləndirərdiniz?
- İndi heç birini ayıra bilmərəm. Hərəsinin özünəməxsus gözəl xüsusiyyətləri var. Çixradze və Foqtsu pisləyə bilmərəm. Onlar da çox yaxşı məşqçilərdir. İnşallah, bundan sonra Toşakla da işləyəcəyik. Hər şey yaxşı olar.
- Komanda bu gecə Maltaya gedir. “Slima”lə oyundan nə gözləyirsiniz?
- Çoxları rəqibin zəif olduğunu deyir. Ancaq “Slima”ya belə baxmaq olmaz. Onları da güclü rəqib kimi dəyərləndirmək lazımdır. 100 faiz hazırlaşıb onlara qalib gəlmək lazımdır.
- Qarşılaşma heç-heçə nəticələnsə, necə olacaq?
- Bu, futboldur. Hər şey ola bilər.
- Səfərdə bərabərliyi uğursuz nəticə sayırsınız, yoxsa?
- Düzünü desəm, bu komandanı tanımıram, oyunlarını görməmişəm. Amma eşitdiyimə görə, zəif komandadır. İstəməzdim ki, heç-heçə olsun. Biz hər şeyi Maltadakı oyunda həll etmək istəyirik.

0
0