AZAL “Rəvan”a 3 top vurdu
30.06.2013 - 14:19
AZAL “Rəvan”a 3 top vurdu
Yeni mövsümə hazırlıqları davam etdirən AZAL və “Rəvan” yoxlama oyununda qüvvəsini sınayıblar. Apasport.az saytının məlumatına görə, paytaxtda təlim-məşq toplanışı keçən Premyer Liqa klublarının görüşü “AZAL Arena”da baş tutub.

Qarşılaşmada “təyyarəçilər” inamlı qələbə qazanıb - 3:0. AZAL-ın heyətində Vladimir Boqdanoviç, Viktor İqbekoyi və Fərid Quliyev fərqlənib.