“Neftçi”nin rəqibi Avstriya klubunu məğlub edə bilmədi
30.06.2013 - 14:42
“Neftçi”nin rəqibi Avstriya klubunu məğlub edə bilmədi
“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan “Skenderbeu” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Albaniya çempionu sözügedə ölkədə 4-cü yoxlama oyununu keçirib.

“Skenderbeu”nun rəqibi yerli “İnsbruk” klubu olub. Matçda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı sülhlə başa çatıb.

Qeyd edək ki, albaniyalılar bu matça qədər Rusiya təmsilçiləri – “Terek” və “Volqa”ya 0:2, Ukrayna “Şaxtyor”una isə 0:7 hesabı ilə uduzub.