“Neftçi” almanlara qalib gəldi - YENİLƏNİB
30.06.2013 - 21:46
Azərbaycan çempionu “Neftçi” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, bu gün paytaxt klubu hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Böyükağa Hacıyevin yetirmələri Almaniya III liqasında çıxış edən və mövsümü 8-ci pillədə başa vuran “Vakker”lə qarşılaşıb.
Görüşdə “ağ-qaralar” rəqibinə qalib gəlib. Matç 3:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Neftçi” bundan öncə Rusiya “Volqa”sı ilə üz-üzə gəlib və meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
Yoxlama oyunu
30 iyun
“Neftçi” (AZƏRBAYCAN) – “Vakker” (ALMANİYA) - 3:0
QOLLAR: Cavid İmamverdiyev, 22; Bahodir Nasimov, 59; Nicat Qurbanov, 60

0
0