Mourinyo 4 futbolçunu komandadan göndərdi
30.06.2013 - 15:55
Mourinyo 4 futbolçunu komandadan göndərdi
Növbəti mövsümə hazırlıqları davam etdirən “Çelsi” 4 futbolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “zadəganlar”ın yeni baş məşqçisi Joze Mourinyo klubla müqaviləsi başa çatan - müdafiəçi Paulu Ferreyra, yarımmüdafiəçilər Yossi Benayun, Floran Maluda və qapıçı Rose Ternbullu sərəncamında görmək istəməyib.

London təmsilçisi bu oyunçularla yenidən müqavilə imzalamayıb və komandadan göndərib.

Qeyd edək ki, sözügedən 4 futbolçudan daha çox Ferreyra “Çelsi”nin şərəfini qoruyub. O, 2004-cü ildən ingilis klubunun heyətində çıxış edib.