17 yaşlı hücumçu “Monako”da! - FOTO
30.06.2013 - 16:15
17 yaşlı hücumçu “Monako”da! - FOTO
2012-2013 mövsümündə aşağı diviziondan Fransa çempionatına yüksələn və transferlərə surətlə başlayan “Monako” daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, daha əvvəl Ceyms Rodriqes və Juan Motinyunu, Rikardo Karvalyo və Radamel Falkao kimi məşhur oyunçularla anlaşan knyazlıq klubu bu dəfə gənc oyunçu Antoni Martialla müqavilə imzalayıb.

17 yaşlı hücumçu rusiyalı milyarder Dmitri Rıbolovlevin komandasına “Lion”dan keçib. “Monako” Martialla üç illik müqavilə bağlayıb.

Qeyd edək ki, Antoni ötən mövsüm Fransa çempionatının 3 qarşılaşmasında forma geyinib.