Millimizin üzvü yenə “Hannover 96”nın qələbəsində iştirak etdi
30.06.2013 - 16:42
Milli komandamızın futbolçusu Əli Gökdəmirin heyətində çıxış etdiyi “Hannover 96” yeni mövsümün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Bundesliqa klubu ikinci yoxlama oyununu keçirib.
Hannover təmsilçisi Almaniyanın aşağı liqasında mübarizə aparan “Krehenvinkel/Kaltenvayde”nin qonağı olub. Görüşdə Gökdəmirin komandası 2:1 hesabı ilə qələbə qazanıb.
Əli isə meydana fasilədən sonra daxil olub. Yığmamızın üzvü mərkəz müdafiəçisi Kristian Şultsu əvəzləyib.
Qeyd edək ki, “Hannover 96” ilk yoxlama matçında Almaniyanın həvəskar komandası olan “Berenbostel”lə üz-üzə gəlib. 14:0 hesabı ilə başa çatan qarşılaşmada da Əli meydana fasilədən sonra girib. Lakin o, sol cinah müdafiəçisi Kristian Panderi əvəzləyib.

0
0