Şevçenko Ronaldoya məsləhət verdi
30.06.2013 - 17:25
Ukrayna milli komandasının sabiq futbolçusu və kapitanı Andrey Şevçenko “Real”ın hücumçusu Kriştianu Ronaldoya məsləhət verib. Apasport.az saytının məlumatına görə, veteran oyunçu portuqaliyalı forvardın “Kral klubu”nda qalmasını hesab edir.
Şevçenko bildirib ki, son zamanlar adı “Mançester Yunayted”lə hallanan Ronaldonun “Real”da oynaması daha yaxşı olar: “Bilmirəm, niyə Kriştianu “Real”dan getmək istəyir. Əgər sən Madrid klubu üçün tər tökürsənsə, onda, səndə bu komandada qalmaq arzusu olmalıdır. O, həmişə “Real”ı dəstəkləmək istəyərdi. Madridlilərin yeni baş məşqçisi Karlo Ançelotti komanda üçün uğur qazandıracaq. Onun “Real”a gəlişi əla olacaq”.
Qeyd edək ki, Şevçenko “Milan”da Ançelottinin rəhbərliyi altında çıxış edib.

0
0