Neymar Runinin “Barselona”ya gəlməsini istəyir
30.06.2013 - 18:03
Neymar Runinin “Barselona”ya gəlməsini istəyir
“Runi ilə mən bir neçə dəfə üz-üzə gəlmişəm və o, yaxşı oğlandır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın yeni transferi Neymar deyib.

Braziliya millisinin hücumçusu “Mançester Yunayted”in futbolçusu Ueyn Runinin Kataloniya klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib: “Ona mən həmişə heyran qalmışam. Runi dünyada ən bəyəndiyim oyunçulardan biridir. O, planetdə ən istedadlı və texnikalı futbolçudur. Soruşursunuz ki, Ueyn “Barselona”ya gəlsə komanda güclənə bilər? Əlbəttə. O istənilən Avropa komandasını gücləndirə bilər. Runi ilə “Barsa”da oynamaq xəllarımdan biridir”.