Adrianonun həyatı təhlükə altındadır
30.06.2013 - 20:35
Adrianonun həyatı təhlükə altındadır
Bir vaxtlar “İnter”, “Fiorentina” və “Roma” kimi klubların formasını geyinən Adriano Leyte Ribeyro hazırda pis günlərini yaşayır. Apasport.az saytının məlumatına görə, 2012-ci ildən bu yana futboldan uzaq qalan və ard-arda zədələnən, daha sonra spirtli içkilər qəbul edib, çəkisini artıran braziliyalı oyunçunun intihara meyilli olduğu iddia edilir.

Bu haqda Ribeyronun keçmiş meneceri Gilmar Rinaldi açıqlama verib.

O bildirib ki, sabiq forvardın həyatı təhlükə altındadır: “Atası öləndən sonra Adriano çox dəyişdi. Onsuzda onun problemləri daha çox idi. Həmçinin Adriano spirtli içki qəbul etdi və gecə həyatından da əl çəkmədi. Onun intihara meyilli olamsını deyə bilmərəm, ancaq keçmiş oyunçunun həyatından ciddi narahatam”.

Qeyd edək ki, Ribeyronun son klubu “Flamenqo” olub. Lakin o, heç bir qarşılaşmada forma geyinməyib.