Messi dünyanın ən bahalı futbolçusu adını qazandı
30.06.2013 - 20:55
Messi dünyanın ən bahalı futbolçusu adını qazandı
Beynəlxalq Futbol Tədqiqatlar Mərkəzi “Barselona”nın hücumçusu Lionel Messinin qiymətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sözügedən mərkəz Argentina milli komandasının üzvünü 217-250 milyon avro dəyərində qiymətləndirib.

Beləliklə, “Qızıl top” mükafatını 4 dəfə ard-arda sahibi olan Messi “Real”ın futbolçusu Kriştianu Ronaldonu (102-108 milyon) və “Napoli”nin hücumçusu Edinson Kavanini (58-68 milyon) ötərək, dünyanın ən bahalı futbolçusu olub.