“İnter”in rəqibi yenə xalsız qaldı
30.06.2013 - 22:04
“İnter”in rəqibi yenə xalsız qaldı
Ölkəmizi Avroliqanın I təsnifat mərhələsindən etibarən təmsil edəcək olan “İnter”in rəqibi “Mariehamn” Finlandiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “adalılar” bu gün ölkə birinciliyinin XVII turu çərçivəsində səfərdə “MyPa”nın qonağı olub.

Qarşılaşmada “İnter”in rəqibi yenə uduzub. Belə ki, ötən tur evdə lider HİK-ə darmağaın olan “Mariehamn” bu dəfə 3:1 hesabı ilə məğlub olub.

Beləliklə, “Mariehamn” 24 xalla turnir cədvəlinin 5-ci pilləsinə qalıb.

Qeyd edək ki, “İnter” - “Mariehamn” matçı iyulun 4-də, “Bayıl Arena”da keçiriləcək. Oyun saat 21:00-da başlayacaq. Görüşü 33 yaşlı litvalı referi Serqeyus Sliva idarə edəcək.