“Marakana”nın ətrafında etiraz aksiyaları keçirilir
30.06.2013 - 23:09
Braziliyada təhlükəsizliyin gücləndirilmiş olmasına baxmayaraq, ölkədə dünya çempionatının və Olimpia oyunlarının keçirilməsinə, dövlətin həddən artıq xərclərinə qarşı etiraz aksiyaları davam edir. Apasport.az saytının məlumatına görə, Konfederasiyalar Kubokunun final mərhələsinin Braziliya – İspaniya qarşılaşması öncəsi minlərlə insan oyunun baş tutacağı əfsanəvi “Marakana” stadionuna yürüş təşkil ediblər.
Maraqla ki, ölkə prezidenti Dilma Russef həlledici matçı izləməyəcək. Xarici KİV isə buna iki həftə əvvəl turnirin açılış mərasimi zamanı tamaşaçıların onu fitə basmasını səbəb kimi göstəriblər.
Qeyd edək ki, etiraz aksiyaları ictimai nəqliyyata biletlərin qiymətlərinin 10 faiz bahalaşması ilə əlaqədar başlandı.

0
0