Uruqvayın hücumçusu matçın ən yaxşı oyunçusu seçildi
30.06.2013 - 23:34
Uruqvayın hücumçusu matçın ən yaxşı oyunçusu seçildi
Konfederasiyalar Kubokunun Uruqvay – İtaliya arasında keçirilən 3-cü yer uğrunda matçın ən yaxşı oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Salvador şəhərinin “Yeni Fonte Arena”sında baş tutan oyunda Cənubi Amerika çempionlarının hücumçusu Edinson Kavani ən yaxşı futbolçu seçilib.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Apenin təmsilçisi 3:2 hesbı ilə qələbə qazanıb. Matçda vurulan 4 qoldan 2-sinə “Neapol”un forvardı imza atıb. O, görüşün 58 və 78-ci dəqiqələrində dubl edib.

Qeyd edək ki, Kavani Konfederasiyalar Kubokunda Uruqvay yığmasının heyətində 4 oyunda meydana çıxıb və rəqib qapılarından 3 top keçirib.