“Sonuna kimi mübarizə apardıq”
01.07.2013 - 00:46
“Bu gün çox ağır matç oldu və görüş çətin keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının qapıçısı və kapitanı Canluici Buffon deyib.
Təcrübəli qolkiper Konfederasiyalar Kubokunun üçüncü yer uğrunda keçirilən oyununda Uruqvay yığmasını məğlub edib, turnirin bürünc medallarına sahib olmalarını şərh edib: “Bunun üçün böyük qürur hiss edirəm. Biz görüşdə çox güc sərf etdik, amma sonuna kimi mübarizə apardıq. Hərçənd mən turnirin yarımfinal mərhələsində İspaniya milli komandası ilə matçda penaltilər seriyasında öz oyunumla azarkeşlərimizi sevindirməyi bacarmadım. Lakin bu gün bunu etdim və Braziliyadan medallarla qayıdırıq”.
Qeyd edək ki, Uruqvay - İtaliya matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Avropa təmsilçisi 362 hesabı ilə qələbə qazanıb.

0
0