Çezare Prandelli: İtaliya xarakter göstərdi
01.07.2013 - 01:10
Çezare Prandelli: İtaliya xarakter göstərdi
İtaliya millisinin baş məşqçisi Çezare Prandelli Konfederasiyalar Kubokunun üçüncü yer uğrunda keçirilən oyununda Uruqvay yığmasını məğlub edib, turnirin bürünc medallarını qazanmalarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı “Skuadra Adzurra”nın hər görüşdə daha yaxşı oynadığını ifadə edib.

O bildirib ki, turnirdə qazandıqları bürünc medala layiqdirlər: “Komanda böyük xarakter göstərdi. Üçüncü yerə tamamilə layiqik. Konfederasiyalar Kubokunda bir neçə yaxşı oyun göstərdik və biz hər oyunda daha yaxşı mübarizə aparırıq”.