Dünya çempionunu dayandıran tapıldı
01.07.2013 - 08:07
İspaniya milli komandasının rekord seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Konfederasiyalar kubokunun finalında Braziliyaya 0:3 hesabı ilə uduzan pireneylilər rəsmi matçlarda 29 oyun idi uduzmurdu. Bu seriya ilə Fransanın dünya rekordunu (1994-99-cu illər, 28 oyun) yeniləyən Visente del Boskenin yetirmələri 30-a çata bilmədi. Sonuncu dəfə DÇ-2010-nun İsveçrə ilə matçında 0:1 hesabı ilə uduzan ispaniyalılar 3 ildən sonra məğlubiyyət acısı daddı.
Qeyd edək ki, rəsmi matçlardakı seriya müddətində dünya çempionları 4 yoxlama oyununda uduzub.
Qeyd edək ki, rəsmi matçlardakı seriya müddətində dünya çempionları 4 yoxlama oyununda uduzub.
0
0