“Neftçi”nin rəqibi 50 min dollar qazandı
01.07.2013 - 08:42
Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Albaniyanın “Skenderbeu” klubu ən yaxşı bombardiri Pero Peyiçin satışından 50 min dollar qazanıb. Apasport.az saytının məlumatına görə, bakılıların rəqibi xorvatiyalı hücumçunun transferi üçün istədiyi məbləği əldə edə bilib. Belə ki, Çinin “Pekin Baksi Yunayted” klubu “Skenderbeu”nun qoyduğu qiymətlə razılaşıb.
Qeyd edək ki, Pejiç ötən mövsüm çempionatda 12 qol vurub.
Qeyd edək ki, Pejiç ötən mövsüm çempionatda 12 qol vurub.
0
0