Yığmamızdan ilk qələbə
01.07.2013 - 08:46
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Almaniyanın "Münhen 1860" klubunun U-23 komandası ilə qarşılaşıb.
Bu görüşdə yığmamız 3:2 hesablı qələbə qazanıb. Almaniya təmsilçisinin qapısından topları Namiq Ələskərov keçirib.
Qeyd edək ki, Arif Əsədovun yetirmələri ilk 2 oyunda Avstriyanın “Kapfenberq” klubuna 0:4, Rusiyanın “Qazovik-Qazprom” komandasına 2:3 hesabı ilə uduzmuşdu.
Mənbə: affa.az

0
0