Yığmamızın üzvü bu dəfə 90 dəqiqə oynadı
01.07.2013 - 09:19
Yığmamızın üzvü bu dəfə 90 dəqiqə oynadı
Milli komandamızın üzvü Əli Gökdəmirin çıxış etdiyi “Hannover 96” Almaniya təlim-məşq toplanışı zamanı 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Hannover təmsilçisi yarımhəvəskar komandalardan sayılan “Şlezviq 06”nın qonağı olub.

Görüş “Hannover 96”nın 9:1 hesablı qələbəsi ilə başa çatıb. Bu matçda Gökdəmir 90 dəqiqə çıxış edib.

Qeyd edək ki, bundan öncə “Hannover 96” “Berenbostel”ə 17:0, “Krehenvinkel/Kaltenvayde”yə 2:1 hesabı ilə qalib gəlib. Bu qarşılaşmalarda Gökdəmir fasilədən sonra meydana çıxıb.