Almaniya klubu “Bakı”nın futbolçusunu bəyəndi
01.07.2013 - 10:27
Almaniya klubu “Bakı”nın futbolçusunu bəyəndi
Almaniyalılar “Bakı” klubunun futbolçusu Namiq Ələskərovu bəyənib. Apasport.az saytının məlumatına görə, “Münhen 1860” klubunun gənclərdən ibarət komandasının Azərbaycan 19 yaşadək futbolçulardan ibarət milli komandası ilə yoxlama oyununda het-trik edən futbolçu qarşılaşmanı izləyənləri məftun edib.

Belə ki, Münhen təmsilçisinin qeyri-rəsmi saytı oyun haqda yazısında daha çox bombardirimizi tərifləyib: “Ən tanınmış azərbaycanlı futbolçulardan biri olan Namiq Ələskərov 3 dəqiqəyə 2 qol vurmaqla qələbə qazanmaq arzularımızın üstündən xətt çəkdi. Sol cinahdan təxminən 22 metrdən cərimə zərbəsi ilə hesabı bərabərləşdirən futbolçu 2 dəqiqə sonra yığmasını önə çıxardı. Bu dəfə Namiq 2 müdafiəçini arxada qoymaqla qol sevinci yaşadı. Bundan sonra komandamız hesabı bərabərləşdirə bildi. Qarşılaşmanın ən ədalətli nəticəsi heç-heçə olsa da, Ələskərov daha 1 qolla buna mane oldu”.