“İnter”in Finlandiyadakı oyununun başlama saatı bilindi
01.07.2013 - 10:31
“İnter”in Finlandiyadakı oyununun başlama saatı bilindi
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in “Mariehamn”la cavab qarşılaşmasının başlanma saatına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Finlandiyanın Mariehamn şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, iyulun 11-də keçiriləcək oyunu Şimali İrlandiyadan olan hakim Mervin Smit idarə edəcək.