Mübarizəyə zəiflər başlayır
01.07.2013 - 10:42
Mübarizəyə zəiflər başlayır
Sabah avrokuboklarda yeni mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, 2013/14 mövsümünün Çempionlar Liqasının ilk oyun günündə 2 qarşılaşma baş tutacaq. Qitənin ən zəif çempionatlarının qaliblərinin iştirakı ilə baş tutan mərhələdə növbəti tura yüksələn 2 güclü məlum olacaq.

Azərbaycan çempionu “Neftçi”nin də mübarizə aparacağı II təsnifat mərhələsinə yüksələcək komandaların rəqibləri də artıq bilinir. Belə ki, Ermənistan və San-Marino çempionlarının duelində qalib gələn komanda Serbiya “Partizan”ı ilə üz-üzə gələcək. Andorra və Farer adalarının çempionları arasında qarşılaşmaların qalibi isə Tiflis “Dinamo”su ilə görüşməlidir.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar

18:00. “Şirak” (Ermənistan) – “Tre Penne” (San-Marino)
22:30. “Lusitans” (Andorra) - “Streymur” (Farer adaları)