Nfor “Neftçi”yə keçmək üçün “Kortriyk”ə yollandı
01.07.2013 - 11:00
“Neftçi”nin hollandiyalı hücumçu Melvin Platyenin ardınca transfer etdiyi daha bir legionerin məsələsinin həllini gözləyir. Apasport.az saytının məlumatına görə, kamerunlu hücuma meylli yarımmüdafiəçi Ernest Nfor çempionumuzun Avstriyadakı təlim-məşq toplanışında iştirak edərək, özünü yaxşı tərəfdən göstərib.
Həm oyun qurucusu, həm də hücumçu kimi oynaya bilən 27 yaşlı afrikalının keçidində problem müqaviləsi ilə bağlıdır. Belə ki, Nforun 2011-ci ildən şərəfini qoruduğu Belçikanın “Kortriyk” klubu ilə 1 illik anlaşması var. Ernest “Neftçi”dən düşərgəsindən gedərək, Belçikaya klubuna transfer məsələsini həll etmək üçün yollanıb. Əgər legioner transfer vərəqini ala bilsə, “Neftçi” artıq sərbəst olan futbolçu ilə müqavilə bağlayacaq.
Bakılıların 2 illik anlaşdığı Platye isə düşərgədə olaraq, son yoxlama oyununu kənardan izləyib. Ötən ilki heyətindən Syerra-Leone yığmasının yarımmüdafiəçisi Julius Vobayla başa çatan müqaviləsini 2 illiyə uzadan “Neftçi” digər orta sahə oyunçusu Erik Ramosu da saxlaya bilib. Belə ki, paraqvaylı dayaq yarımmüdafiəçisi vətənində müqavilə ilə məxsus olduğu “Rubio” ilə məsələsini həll edərək, artıq bir müddətdir hazırlıqda iştirak edir.

0
0