İyulun 3-də “Baku Yunayted”in rəqibləri bilinəcək
01.07.2013 - 12:20
İyulun 3-də “Baku Yunayted”in rəqibləri bilinəcək
İyulun 3-də İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, ilkin seçmə mərhələdə mübarizə aparacaq komandalar arasında İngiltərəni təmsil edən “Baku Yunayted” də var. Məhz həmin gün Azərbaycan iş adamının yaratdığı komandanın rəqiblərinin adına aydınlıq gələcək.

İlkin seçmə mərhələ
“İlves Tampere” (Finlandiya), “Visla” (Polşa), “Qrand Pro” (Bolqarıstan), “Ştella Rossa” (Avstriya), “Nautara” (Litva), “Göteborq” (İsveç), “Vikinqur” (İslandiya), “Vrekhem” (Uels), “Qentofte” (Danimarka), “Enkamp” (Andorra), “Hibernians” (Malta), “Fırat Üniversitesi” (Türkiyə), “Ali Demi” (Albaniya), “Baku Yunayted” (İngiltərə), “Şaumyan” (Ermənistan), “Pert Saltires” (Şotlandiya), “Tanqo” (Bosniya və Herseqovina), “Eden Kollec” (İrlandiya), “Yedinstvo” (Monteneqro), “Minerva” (İsveçrə), “Hamburq Panters” (Almaniya), “Lekmaks” (Moldova), “Anji” (Estoniya), “Atina 90” (Yunanıstan), “Veqakameratene” (Norveç), “Sportinq” (Fransa), “Zelezarets” (Makedoniya), “Asa Ben Qurion” (İsrail), “VitEn” (Belarus).

Əsas seçmə mərhələ
“Ekonomaç” (Serbiya), “Nikars” (Latviya), “Dyor ETO” (Macarıstan), “Tırqu Mureş” (Rumıniya), “Omoniya” (Kipr), “Lokomotiv” (Ukrayna), “Natsional” (Xorvatiya), “Şatelino” (Belçika), “Tulpar” (Qazaxıstan), “Litiya” (Sloveniya), “Eyndhoven” (Hollandiya), “İberiya Star” (Gürcüstan), “Marka” (İtaliya), “Araz” (Azərbaycan), “Slov-Matik” (Slovakiya), “Xrudim” (Çexiya).

Qeyd edək ki, “Araz” mübarizəyə əsas seçmə mərhələdə qoşulacaq. Bu mərhələnin oyunları 1-6 oktyabr tarixlərində təşkil olunacaq.