“Xəzər Lənkəran” süni örtüklü meydançada məşq edir
01.07.2013 - 12:27
“Xəzər Lənkəran” süni örtüklü meydançada məşq edir
Dünən səhər saatlarında Münhen - Luqa aviareysi ilə Maltaya gələn “Xəzər Lənkəran” “The Palace Malta” otelində yerləşib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qısamüddətli istirahətdən sonra komanda məşq proseslərini keçirmək üçün oteldən 5 km aralıda yerləşən müvəqqəti icarəyə götürdüyü süni örtüklü meydançada ilk hazırlığına çıxıb.

Bir saat davam edən məşqdə cənublu futbolçular taktiki planda müxtəlif çalışmaları yerinə yetirib. Bu gün isə “Xəzər Lənkəran” matçın keçiriləcəyi “Ta Kali” arenasında oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, adı çəkilən arenanın da ot örtüyü sünidir.