Avropa macəralarının 17 anı
01.07.2013 - 14:49
Avropa macəralarının 17 anı
Sabah avrokuboklarda 2013/14 mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, qarşıdakı start Azərbaycan klublarının qitə miqyasındakı debütündən sonra 20-ci mövsümdür. Lakin bunu komandalarımız üçün heç də yubiley ili saymaq olmaz. Çünki 1994/95 mövsümündə başladığımız yoldan kənar düşdüyümüz illə də olub. Söhbət 2002/03 və 2003/04 mövsümlərindən gedir. Ölkəmizdə klubların qiyamından sonra fasilənin yaranması klublarımızın da qitəyə yolunu bağlamışdı. Bu üzdən də qarşıdakı – startımızdan sonrakı 20-ci mövsüm iştirakçısı olduğumuz 18-ci futbol ili olacaq.

Arxada qalan 17 mövsümdə komandalarımız 4 müxtəlif yarışda qüvvəsini sınayıb. Onlardan ikisi artıq tarixin yaddaşına köçübsə, biri də adını dəyişib. Yalnız Çempionlar Liqası bu yarışda debüt etdiyimiz kimi qalıb. UEFA kuboku isə indi Avropa Liqası adlanır. Hətta Kuboklar kuboku turnirində iştirak etməli olan komandalar ad artıq bu yarışda qüvvəsini sınayır. UEFA kubokuna seçmə xarakteri daşıyan İntertoto kuboku da artıq mövcud deyil. Komandalarımız bu 4 turnirdə üst-üstə 172 çatçş keçirib.

Klublarımızın Avropadakı 172 oyunda 40 qələbə, 40 heç-heçəsi ilə yanaşı 92 məğlubiyyəti də var. 139 top vuran futbolçularımız 299-nu buraxıb. Cari mövsüm buraxılan ilk qol yubiley – 300-cü olacaqsa, sabahkı görüşlərdən biri Avropa Liqasında 100-cü matçımız olacaq. Lakin hər 2 görüş eyni vaxtda başladığından bu yubiley dəqiqləşməyəcək.

Çempionlar Liqası
40
10
10
20
36-68
40
Avropa Liqası
 (əvvəlki UEFA kuboku)
98
21
25
52
83-173
88
İntertoto kuboku
26
9
3
14
19-41
30
Kuboklar kuboku
8
0
2
6
1-17
2
Avrokuboklar
172
40
40
92
139-299
160

Düzdür, bu cədvəldəki rəqəmlər bəzi mənbələrdəkindən fərqlənə bilər. Bunun da 2 əsas səbəbi var. Birincisi, bizim cədvəldə texniki nəticələr top fərqində əks olunmayıb. 2004/05 mövsümündə “Xəzər Universiteti”nin Avstriya “Kazino”su üzərində səfər qələbəsi, həmçinin 2010/11 mövsümündə “Bakı”nın Monteneqro “Buduçnost”u ilə görüşdəki yenilgiləri bəzi mənbələrdə 3:0 kimi hesablanıb. Biz isə vurulmayan qolları nəzərə almadığımızdan 139 top vurub 299-nu buraxmışıq.

İkinci səbəb isə əlavə vaxtla bağlıdır. Bizim cədvəldə oyunlar tam şəkildə əks olunub. Yəni lazım gəldikdə 120 dəqiqə sürən matçlar ərzində qeydə alınan nəticələr hesablanıb. Bəzi mənbələrdə isə yalnız 90 dəqiqə ilə kifayətləniblər. Mümkün olan fərqlər də məhz bunların nəticələridir. Çünki fərqlərə səbəb olan 2 texniki nəticədən başqa daha 4 dəfə oyunun taleyi əlavə vaxtda həll olunub.

17 mövsümdə Azərbaycanın 16 klubu ölkəmizi avrokuboklarda təmsil edib. Bütün göstəricilərdə mütləq rekordun sahibi “Neftçi”dir. Ən çox oyun, ən çox qələbə, ən çox qol, ən çox heç-heçə və ən çox xal qazanan paytaxt təmsilçisi mənfi məqamlarda da fərqlənib. Ən çox uduzan, ən çox top buraxan və ən pis top fərqi də “Neftçi”dədir. Rekordlarla antirekordları özündə birləşdirən “Neftçi”nin bütün göstəricilərdə ən yaxın izləyicisi “Qarabağ”dır.

Sabah meydana çıxacaq ağdamlılar yubiley 35-ci, “Xəzər Lənkəran” isə 15-ci yubiley matçına çıxacaq.

1.
Neftçi (Bakı)
42
12
11
19
38
-
70
–32
47
2.
Qarabağ (Ağdam)
34
11
8
15
32
-
58
–26
41
3.
Bakı
18
4
5
9
16
-
31
–15
17
4.
İnter (Bakı)
16
6
5
5
17
-
16
+1
23
5.
Karvan (Yevlax)
6
2
1
3
3
-
6
–3
7
6.
MKT-Araz (İmişli)
4
1
1
2
1
-
3
–2
4
7.
Bakı fəhləsi (Maştağa)
2
1
0
1
1
-
1
=
3
8.
Şəmkir
10
1
0
9
7
-
21
–14
3
9.
Kəpəz (Gəncə)
10
1
0
9
5
-
27
–22
3
10.
Xəzər Lənkəran
14
1
6
7
12
-
22
–10
9
11.
AZAL (Bakı)
4
0
2
2
3
-
5
–2
2
12.
Xəzri (Buzovna)
2
0
1
1
2
-
11
–9
1
13.
Simurq (Zaqatala)
2
0
0
2
0
-
4
–4
0
14.
Şəfa (Bakı)
2
0
0
2
0
-
7
–7
0
15.
Turan (Tovuz)
2
0
0
2
0
-
7
–7
0
16.
Viləş (Masallı)
4
0
0
4
2
-
10
–8
0