Millimiz yenə uduzdu
01.07.2013 - 16:38
Millimiz yenə uduzdu
16 yaşadək futbolçulardan ibarət yığma komandamız Almaniyanın Duysburq şəhərində təşkil olunan turnirdə iştirakını davam etdirir. Apasport.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Aslan Kərimovun yetirmələri bu gün “Süd-Vest Doyçer” (Cənub-Qərb) komandası ilə qarşılaşıb və 2:3 hesabı ilə məğlub olub. Komandamızın heyətində Nicat Süleymanov və Rövlan Muradov fərqlənib.

Qeyd edək ki, bundan öncə U-16 “Şlezviq-Holştayn” komandasına 0:1 hesabı ilə məğlub olmuşdu.