“İnter”in darmadağın etdiyi komanda yenə evdə başlayır
01.07.2013 - 17:01
“İnter”in darmadağın etdiyi komanda yenə evdə başlayır
Avropa Liqasında 2013/14 mövsümü 4 oyunla start götürəcək. Apasport.az saytının məlumatına görə, sabah klublarımız “Qarabağ” və “Xəzər Lənkəran”ın oyunlarından sonra Estoniya və Uelsdə matçlar başlayacaq.

Bakı “İnter”inin ötən mövsüm bu turnirdə hər 2 oyunda – səfərdə 5:0, evdə 2:0 hesabı ilə qalib gəldiyi Narva “Trans”ı mübarizəyə yenə evdə başlayaraq, İsveçin “Qefle” klubunu qonaq edəcək. Matç Bakı vaxtilə saat 21:00-da başlayacaq.

Estoniyanın digər təmsilçisi “Levadiya” isə bundan 2 saat sonra Uelsdə “Bala Taun”la oyuna çıxacaq. I təsnifat mərhələsində əsas matçlar, o cümlədən “İnter”in Finlandiya “Mariehamn” ilə Bakıdakı oyunu iyulun 4-də keçiriləcək ki, buna qədər 1 duel də baş tutacaq. Bu, iyulun 3-də Bakı vaxtilə saat 23:45-də “Fulafyordur” (İslandiya) – “Linfild” (Şimali İrlandiya) matçı olacaq.