Sergey Yuran: “Qəbələ” ilə danışıqlarım heç bir şeyə gətirib çıxarmadı
01.07.2013 - 17:12
“Simurq”un rusiyalı sabiq baş məşqçisi Sergey Yuran “Qəbələ”dən təklif aldığını açıqlayıb. Apasport.az saytının məlumatına görə, vətənində I divizion təmsilçisi “Sibir”lə müqaviləsini qarşılıqlı razılıqla pozandan sonra işsiz olan 44 yaşlı mütəxəssis yazda “Qəbələ”nin rəhbərliyinin unu baş məşqçi postuna namizəd kimi baxdığını bildirib.
Ancaq sonra seçim daha təcrübəli həmyerlisi – Yuri Syominin xeyrinə edilib: “Həqiqətən danışıqlar gedirdi. Ancaq bu, heç bir şeyə gətirib çıxarmadı. İndi yalnız Rusiyada variantlar axtarmıram. Yaxında Ukrayna çempionatı da başlayacaq. Həmkarlarıma işdən azad olmağı arzulamıram. Ancaq məşqçi həyatı belədir”.
Qeyd edək ki, Yuran 2011/12 mövsümündə Zaqatala təmsilçisini 9 ay çalışdırıb.

0
0