4 ildən sonra
01.07.2013 - 17:32
Sabah Azərbaycan klubları avrokubokların yeni mövsümündə starta çıxacaq. Apasport.az saytının məlumatına görə, münasib rəqiblərlə qarşılaşan “Xəzər Lənkəran” və “Qarabağ” iyulun 2-si tarixi ilə bağlı balansda dəyişikliyə nail olmağa çalışacaq. Belə ki, bu gündə keçirdiyimiz əvvəlki avrokubok matçlarımız uğursuz nəticələnib. 2 belə qarşılaşmamızın hər ikisi 2009-cu ildə Avropa Liqasında gerçəkləşib.
4 il əvvəl həmin gündə “Simurq” və “İnter” məğlub olub. Zaqatala təmsilçisi evdə İsrailin “Bney Yehuda” klubuna 0:1, bakılılar isə Slovakiyada “Spartak”a 1:2 hesabı ilə yenilib.
Qeyd edək ki, sabah “Qarabağ” Makedoniyada Skopye “Metallurq”unun, “Xəzər Lənkəran” isə Maltada “Slima”nın qonağı olacaq.

0
0