Ruslan Abışovun gözlədiyi vaxt
01.07.2013 - 17:46
Ruslan Abışovun gözlədiyi vaxt
Rusiya Premyer Liqasında yeni mövsümün ilk turunun oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 14-də start götürəcək tur 4 gün davam edəcək.

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” klubu turun ilk günündə meydana çıxacaq. Kazan təmsilçisi iyulun 14-də səfərdə “Kuban”ın qonağı olacaq. Krasnodardakı görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.