Avrokuboklardakı rekordçumuz - FOTO
01.07.2013 - 17:54
Avrokuboklarda Azərbaycan klublarının heyətində ən çox oyun keçirən futbolçular müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1994-cü ildə qitə miqyasında debüt edən təmsilçilərimizin heyətində mütləq rekordçu Rəşad Sadiqovdur. Hazırda “Neftçi”nin şərəfini qoruyan yarımmüdafiəçi qitə kuboklarında hamıdan çox – 43 qarşılaşmada klublarımızın formasını geyib. Sadiqov rekorda son mövsüm Avropa Liqasının qrupuna qədər irəliləyən “Neftçi”də oynaması sayəsində sahib çıxıb.
Belə ki, bunadək lider olan Rəşad Sadıqov “Qarabağ”la birlikdə ötən mövsüm avrokubokları kənardan izləmişdi. Bu siyahıda 2-ci olan Sadıqovun yenidən zirvəyə qayıtması inandırıcı görünmür. Komandalarının kapitanları olan adaşlardan sonrakı
mövqedə hazırda klubsuz olan Georgi Adamiya qərarlaşıb. İlk “5-lik”də Adamiya ilə yanaşı Mahmud Qurbanovla Aslan Kərimovun da göstəricisini yaxşılaşdırmaq imkanı yoxdur.

Yer | futbolçular | oyun |
1 | Rəşad Sadiqov | 43 |
2 | Rəşad Sadıqov | 36 |
3 | Georgi Adamiya | 34 |
4 | Mahmud Qurbanov | 29 |
5 | Aslan Kərimov | 25 |
0
0