Elnur Abdullayev: Məndə günah yoxdu
01.07.2013 - 23:00
“Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Abdullayevin apasport.az saytına müsahibəsi
- Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün “Slima” ilə qarşılaşacaqsınız. Maltaya hansı əhval-ruhiyyədə gəlmisiniz?
- Eşitdiyimə görə, “Slima” elə də güclü rəqib deyil. Buna baxmayaraq, rəqibə hörmətlə yanaşmaq lazımdır. İnşallah, qələbə qazanıb, növbəti mərhələyə vəsiqənin taleyini elə burdaca həll etməliyik.
- Rəqibin oyunları olan diski izləmisiniz?
- Şəxsən mən baxmamışam. Ancaq baş məşqçi yəqin ki rəqibi təhlil edib. Bizə lazımı məsləhətlərini verəcək. İnşallah, biz də Maltada qələbə üçün əlimizdən gələni edəcəyik.
- “Slima”nın baş məşqçisi “Xəzər Lənkəran”a göz açmağa imkan verməyəcəklərini bildirib. Belədə sizin üçün heç də asan olmayacaq...
- Bu, onun fikridir. Maltalılar öz meydanlarında oynayacaq. Ancaq biz burda qələbə qazanmalıyıq.
- Ötən il Avropa Liqasında keçirdiyiniz 4 görüşdə çox az oynadınız. O vaxtkı baş məşqçiniz Yunis Hüseynov demək olar xidmətinizdən yararlanmadı. Necə düşünürsünüz, bu dəfə sizə şans veriləcək?
- Düzdü, keçən yay yalnız Estoniyanın “Nomme Kalyu” klubu ilə matçda 5 dəqiqə forma geyindim. Futbolçunu meydana buraxmaq baş məşqçinin işidir. Şans verər, çıxıb oynayaram. Hər şey baş məşqçinin taktiki gedişlərindən asılıdır. Mən hazıram, meydana nə vaxt buraxsa, onda da oynayaram.
- Toşak da sizi ehtiyatda saxlasa, günahı ilk növbədə özünüzdə axtarmalısınız. Bəlkə problem sizin hazırlığınızdadır?
- Hələlik özümdə hansısa günah görmürəm. Oynamağa hazıram. Deməzdim ki, hazırda formada deyiləm.
- Sizin kimi yarımmüdafiənin mərkəzində çıxış edən kapitanınız Rahid Əmirquliyev cəza üzündən bu günkü matçı buraxacaq...
- Rahidlə mən orta xətdə oynayırdım. Marin Orsuliç də yarımmüdafiənin mərkəzində çıxış edir. İndi də Nikola Qliqorov gəlib, mövqeyimizdə rəqabət artıb. Yəni, yarımmüdafiədə 4 nəfərik. Çalışıb mübarizə aparmalıyıq ki, heyətdə yerimizi qoruyub saxlayaq.
- Növbəti mərhələyə vəsiqənin taleyini Maltada həll etmək istədiyinizi deyirsiniz. Hansı hesablı nəticəyə ümid edirsiniz?
- Ən azından 1:0, 2:0 hesablı qələbə. Lənkəranda başqa futbol oynayacağıq. Bəlkə də maltalılar heç o qədər azarkeş qarşısında oynamayıblar. Ancaq biz oynamışıq və evdə azarkeşlərimiz bizə dəstək olacaq.
- Toşak futbolçulara müdafiədə, yoxsa hücumda oynamaq barədə hansısa tapşırıq verib?
- Açığı, hələ heç nə deməyib.

0
0