“Mənə elə gəlir ki, “Neftçi”ni keçəcəyik”
01.07.2013 - 18:25
“Pejiçin komandadan gedişi məni çox təəccübləndirdi. O, bizə çox xeyir gətirə bilərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Albaniyanın “Skenderbeu” klubunun gənc futbolçusu Bakari Nimaqa deyib.
Malinin 20 yaşlılarından ibarət yığmasın üzvü “panorama-sport.com”a müsahibəsində təmsilçimizlə oyundan danışıb: “Amma Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”yə qarşı matçda xorvatiyalını əvəz etmək mümkün olacaq. Mən fiziki güc üzərində işlədim. İnanın ki, siz Pejiçin yoxluğunu hiss etməyəcəksiniz. Mən Azərbaycan komandasının yaxşı olduğunu bilmirəm. Amma mənə elə gəlir ki, “Neftçi”ni keçəcəyik”.

0
0