Aleks Ferqyussonun köməkçisi rəsmən “Anji”də
01.07.2013 - 19:04
Aleks Ferqyussonun köməkçisi rəsmən “Anji”də
“Anji”nin baş məşqçisi Qus Hiddinkin yeni köməkçiləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı Aleks Ferqyussonun köməkçisi olmuş Rene Melensten hollandiyalı mütəxəssisin yardımçısı olub.

Hiddinkə daha bir köməkçi isə Xasanbi Bidjiyev təyin edilib. Bundan başqa, Mahaçqala klubunun rəhbərliyi komandanın tibbi qərargahına Denni Flitteri (“Arsenal”), fizioterapevt üzrə məşqçi Dominik Roqanı (“Everton”), Eduardo Parra Qarsiyanı (İspaniya, “İnter”, “Liverpul”), fiziki hazırlıq üzrə məşqçi, idman elmi üzrə mütəxəssis Uord Diriksi (“Gent”) və masajçı-terapevt Uilyam Storini (“Vest Hem”) gətiriblər.

Qeyd edək ki, Melensten 2001-ci ildən “Mançester Yunayted”də işləyib.