Altıntop yenidən Bundesliqaya qayıtdı
01.07.2013 - 19:28
Altıntop yenidən Bundesliqaya qayıtdı
Son 2 mövsümü “Trabzonspor”da forma geyinən və bir müddət əvvəl Türkiyə klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edən Xəlil Altıntop yenidən Almaniyaya qayıdıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçunun yeni komandası “Ausburq”dur.

Hücumçu Bundesliqa təmsilçisi ilə 2 il müddətinə müqavilə imzalayıb.

Qeyd edək ki, daha əvvəl Altıntop “Kayzerslautern” (2003-2006), “Şalke” (2006-2010) və Frankfurt “Ayntraxt”ında (2010-2011) çıxış edib. O, ötən mövsümün Türkiyə çempionatının 27 matçında meydana çıxıb və rəqib qapılarından 4 top keçirib.