Malta yığmasının baş məşqçisi “Xəzər Lənkəran”ı izlədi
01.07.2013 - 20:15
Malta yığmasının baş məşqçisi “Xəzər Lənkəran”ı izlədi
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Slima” ilə oyunöncəsi mətbuat konfransından sonra “Xəzər Lənkəran”ın jurnalistlər üçün açıq məşqi olub. Apasport.az saytının məlumatına görə, cənubluların məşqini KİV nümayəndələri ilə yanaşı digər mütəxəssislər də izləyib.

Belə ki, Malta milli komandasının baş məşqçisi Petro Qedin uelsli çalışdırıcı Con Toşakın komandasının məşqinə baxıb.