“Benouahinin oynayıb-oynamayacağı sabah bilinəcək”
01.07.2013 - 20:37
“Süni qazon oyun üçün çox yaxşı deyil. Lakin biz artıq burada hazırlaşmaq üçün məşq keçdik. Bu süni qazon Azərbaycan futbolçuları üçün heç də qorxulu deyil. Çünki bir çox komandalar ölkə çempionatını belə meydanlarda oynayırlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.
Uelsli mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Slima” ilə oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, komandanın hücumçusu Zohair Benouahinin taleyinə sabah aydınlıq gələcək: “Mən oyunun start heyətini demək olar ki, müəyyən etmişəm. Lakin hələ iki mövqeyi dəqiqləşdirmək qalıb. Hələlik bu haqda fikirləşirəm. Amma problemə görə, bunu sona qədər gözləmək lazımdır. Hücumçumuz Zohair Benouahinin zədəsi var. Onun oynayıb-oynamayacağı sabah bilinəcək”.
Qeyd edək ki, Zohair Benouahi Almaniyada keçirilən hazırlıq çərçivəsində “İnqolştadt 04”lə (6:1) oyunda zədələnmişdi.

0
0