Moyes köməkçilərini “Mançester Yunayted”ə gətirdi
01.07.2013 - 21:09
Moyes köməkçilərini “Mançester Yunayted”ə gətirdi
“Mançester Yunayted”in yeni baş məşqçisi Devid Moyeslə işləyəcək məşqçilərin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, şotlandiyalı çalışdırıcının sabiq komandası “Everton”da köməkçisi olmuş üç mütəxəssisi yanına gətirib.

Bunlar 42 yaşlı Stiv Raund, 53 yaşlı Kris Vuds və 65 yaşlı Cimmi Lamsdendir. 2008-ci ildən Liverpul təmsilçisində çalışan Raund “qırmızı şeytanlar”da Moyesin assistenti olub. Vuds qapıçılarla işləyəcək və Lansden isə Devidin digər yardımçısı olacaq.

Qeyd edək ki, 2012-2013 mövsümünün sonunda Devid Moyes “Mançester Yunayted”in əfsanəvi məşqçisi Aleks Ferqyussonu əvəzləyib.