Yozef Blatter turnirdən razı qaldı
01.07.2013 - 22:40
Yozef Blatter turnirdən razı qaldı
“Turnir ciddi rəqabət və mübarizə şəraitində keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər FİFA prezidenti Yozef Blatter deyib.

Ali futbol qurumunun rəhbəri Braziliyada başa çatan Konfederasiyalar Kubokundan danışıb.

O, polis və aksiyaçılar arasında toqquşmalara baxmayaraq, turnirdən razı qalıb: “Yarışın uğurlu olduğunu hesab edirəm. Əlbəttə, küçəyə çıxan etirazçılar bizi narahat etdi. Bu, turnir başlayandan davam etdi. Həmçinin yenə də aksiyaçılar küçələrdədirlər. Hər şey yaxşı başa çatdı. Qarışıqlıqlar Konfederasiyalar Kubokuna mane olmadı”.

Qeyd edək ki, Braziliyanın qalib gəldiyi Konfederasiyalar Kubokunun startından etiraz aksiyaları başlanılıb. Buna isə ictimai nəqliyyata biletlərin qiymətlərinin 10 faiz bahalaşması və ölkədə dünya çempionatının və Olimpiya oyunlarının keçirilməsinə, dövlətin həddən artıq xərclərin artırılması səbəb olub.