FİFA Efiopiyanı ciddi cəzalandırdı
01.07.2013 - 23:04
FİFA Nizam-İntizam Komitəsi daha bir futbol federasiyasını ciddi cəzalandırıb. Apasport.az saytının məlumatına görə, bu, Efiopiya milli komandasıdır.
Belə ki, Efiopiya DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Botsvana yığması ilə oyunda cəzalı futbolçusu Mihyahile Beyeneni meydana buraxıb. Sözügedən oyunçunun isə aktivində daha əvvəl rəsmi matçlarda iki sarı vərəqə olub.
İyun 8-də baş tutan oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən Efiopiyanın aktivindən FİFA 3 xal silib və görüşü də 3:0 hesabı ilə Botsvananın lehinə verib.
Bundan başqa, ali futbol qurumu Efiopiya Futbol Federasiyasını 6 min 348 dollar dəyərində də cərimələyib.
Qeyd edək ki, Efiopiya Futbol Federasiyası Botsvana ilə oyunda meydana cəzalı futbolçu buraxdıqlarını etiraf edib və FİFA-ya etiraz etməyəcəklərini bildirib.

0
0