Rumıniyalı qapıçı “Roma”da qaldı
01.07.2013 - 23:22
Rumıniyalı qapıçı “Roma”da qaldı
“Roma”nın qapıçısı Boqdan Lobons paytaxt klubunda qalır. Apasport.az saytının məlumatına görə, “canavarlar” rumıniyalı qolkiperlə yeni müqavilə imzalayıblar.

Müqavilə 30 iyun 2016-cı ilə qədər qüvvədə qalacaq.

Qeyd edək ki, 35 yaşlı qapıçı 2009-cu ildən “Roma”nın şərəfini qoruyur. O, ötən mövsüm komandasının heyətində 5 dəfə meydana çıxıb və qapısından 2 top buraxıb. Ümumilikdə isə Lobons 22 oyunda forma şansı əldə edib.