“Qarabağ” səfərdə “Metallurq”a qalib gəldi
02.07.2013 - 21:37
“Qarabağ” səfərdə “Metallurq”a qalib gəldi
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirinin açılış matçında “Qarabağ” səfərdə ilk matçına çıxıb.

Ağdam klubunun rəqibi Makedoniya “Metallurq”u olub. Baş məşqçi Qurban Qurbanovun yetirmələri 3 il öncə elə bu turnirdə məğlub edib, növbəti mərhələyə keçdikləri Skopye təmsilçisinə yenə qalib gəlmək əzmində idilər.

Elə “Qarabağ” da istədiyinə nail olub. Belə ki, ilk hissədə oyunda üstünlüyünü artıran təmsilçimiz fasiləyə qədər hesabı aça bilməyib. İkinci yarıya daha surətli başlayan “Qarabağ” 64-cü dəqiqədə Reynaldo ilə hesabı açıb. Matçın sonlarına doğru ağdamlılar bir neçə dəfə fərqlənməyə yaxın olsalar da, istəklərini reallaşdıra bilməyiblər və qarşılaşma 0:1 hesabı ilə “Qarabağ”ın xeyrinə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 11-də Bakıda keçiriləcək.


Avropa Liqası
I təsnifat mərhələsi (ilk oyun)
2 iyul

“Metallurq” (MAKEDONİYA) – “Qarabağ” (AZƏRBAYCAN) - 0:1
QOL: Reynaldo, 64
Baş hakim: Lars Kristoffersen (Danimarka)
Skopye. “Filip II” stadionu.

“Metallurq”: 1. Andrey Yefremov, 3. Boyan Georgiyevski, 7. Blaqoya Lyamçevski, 15. Risto Mitrevski, 2. Aleksandara Dalçeski, 8. Oliver Peev, 11. Vasko Mitrev (k), 27. Lyubomir Stefanoviç, 84. Stoya İqnatov, 10. Marko Simanovski, 14. Mariyan Radeski
Baş məşqçi: Srcan Zahariyevski

“Qarabağ”: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqoli, 9. Reynaldo, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 11. Nikoloz Qelaşvili, 17. Vüqar Nadirov
Baş məşqçi: Qurban Qurbanov

Oyuna start verildi.
3-cü dəqiqədə Qelaşvili qapıya zərbə endirdi.
Ansi Aqoli oyundankənar vəziyyətdədir.
Stoya İqnatov qaydanı pozdu.
Riçard Almeyda Lyubomir Stefanoviçə qarşı qaydanı pozdu.
“Metallurq” üstünlüyü tədricən ələ keçirdi.
Nadirov hədəfi qaçırdı.
Andrey Yefremov “Qarabağ”ın hücumunu dəf etdi.
Qarayev qaydanı pozdu.
Stefanoviç “Qarabağ”ın qapısına sərbəst zərbə vurdu.
“Metallurq”un müdafiəçisi Blaqoya Lyamçevski sarı vərəqə ilə cəzalandırıldı.
Peev küncdən zərbə vurdu, lakin təmsilçilərimiz topu uzaqlaşdırdılar.
“Qarabağ” küncdən zərbə vurur.
Təmsilçimiz üçün yaxşı qol şansı oldu, lakin hesabı aça bilmədilər.
Stefanoviç Almeydaya qarşı kobudluq etdi.
Qelaşvili hədəfi qaçırdı.
İlk hissə qolsuz bərabərliklə başa çatdı.

Fasilə.

İkinci hissə başladı.
Kurlinov Radeskinin yerinə meydana daxil oldu.
Namiq Yusifov Muarem əvəzdlədi.
Nadirov künc zərbəsini yerinə yetirdi.
Teli hədəfi düzgün nişan ala bilmədi.
Qarayev sarı vərəqə ilə cəzalandırıldı.
“Metallurq”un zərbəsi qeyri dəqiq oldu.
Peevin zərbəsini Miro Varvodiç dəf etdi.
Medvedev Stefanoviçə qarşı kobudluq etdi.
Qarayev rəqib futbolçunun qarşısını kobudluqla kəsdi.
Aqollinin zərbəsini rəqib qapıçı zərərsizləşdirdi.
Reynaldo Stoya İqnatova qarşı kobudluqla oynadı.
Zərərçəkənin özünün zərbəsini “Qarabağ”ın qolkiperi dəf etdi.
Kamal Alomerovski Marko Simanovskini əvəzlədi.
64-cü dəqiqədə Reynaldo hesabı açdı.
Mila Krstev Aleksandara Dalçeskinin yerinə meydana daxil oldu.
Peev “Qarabağ”ın qapıçısına qarşı kobudluq etdi.
70-ci dəqiqədə Murad Səttarlı Vüqar Nadirovu əvəzlədi.
Lyamçevskinin zərbəsi qeyri-dəqiq oldu.
Mila Krstev sarı vərəqə ilə cəzalandırıldı.
81-ci dəqiqədə Lyamçevski Səttarlıya qarşı kobudluq etdi.
Corc Leroy Nikoloz Qelaşvilinin yerinə meydana daxil oldu.
Reynaldo fərqi artırmağa yaxın oldu, lakin “Qarabağ”ın futbolçusu fərqlənə bilmədi.
“Qarabağ” küncdən zərbəni yerinə yetirir.
Yusifov hakim tərəfindən xəbərdar edildi.
Oyun başa çatdı və “Qarabağ” səfərdə 0:1 hesabı ilə qələbə qazandı.