Braziliya yığmasının üzvü “Tottenhem”ə keçdi
02.07.2013 - 02:43
Braziliya yığmasının üzvü “Tottenhem”ə keçdi
“Korintians”ın futbolçusu Paulinyonun karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi 20 milyon avro dəyərində “Tottenhem”ə keçib.

Braziliya klubunun baş məşqçisi Roberto de Andrade ilə birlikdə mətbuat konfransı keçirən Paulinyo London təmsilçisinə transferi ilə bağlı xəbərləri təsdiqləyib: “Artıq “Korintians” forması geyinməyəcəyəm. “Tottenhem”dən bir transfer təklifi aldım və bunu ailəmlə bilikdə dəyərləndirdik. Növbəti mövsümdən etibarən ingilis klubunda çıxış edəcəyəm. “İnter” məni istəməyib. Bu çıxan xəbərlər doğru deyil və təkcə “Tottenhem”dən təklif aldım”.

Qeyd edək ki, Paulinyo 2010-cu ildən “Korintians”ın şərəfini qoruyur. O, bu klubun heyətində 89 dəfə meydana çıxıb və rəqib qapılarından 20 top keçirib. Paulinyo Braziliya milli komandası ilə Konfederasiyalar Kubokuna sahib olub. O, yığmasının heyətində 3 qola imza atıb.