“Şirak” qazandı, “Lusitans” heç-heçəyə razılaşdı
02.07.2013 - 23:21
“Şirak” qazandı, “Lusitans” heç-heçəyə razılaşdı
2013/14 mövsümünün Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları başlayıb. Apasport.az saytının məlumatına görə, qitənin ən zəif çempionatlarının qaliblərinin iştirakı ilə baş tutan bu mərhələdə dörd komandadan ikisi növbəti tura yüksəlmək uğrunda mübarizəyə qoşulub.

Öncə meydana Ermənistanın “Şirak” klubu ilə San-Marino “Tre Penne”si münasibətlərinə aydınlıq gətirib. Matçda ev sahibləri rəqibini darmadağın edib – 3:0.

Digər görüşdə isə Andorra çempionu “Lusitans”la Farer adalarının “Streymur” komandası qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 9-da keçiriləcək.


Çempionlar Liqası
I təsnifat mərhələsi (ilk oyunlar)
2 iyul

“Şirak” (Ermənistan) – “Tre Penne” (San-Marino) - 3:0
Qollar: Forfana, 36; 55; 64

“Lusitans” (Andorra) - “Streymur” (Farer adaları) - 2:2
Qollar: Martines, 24-pen, 29 - Hansen, 67, Hanssen. L, 69