“Dil bilmə məşqçinin effektiv işi üçün vacib şərtdir”
02.07.2013 - 03:30
“Qvardiola böyük mütəxəssisdir. “Barselona” kimi belə böyük kluba təsadüfi insanlar məşq keçmirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri əfsanəvi oyunçu və məşqçi, Almaniya futbolunun simvolu, “Bavariya”nın hörmətli prezidenti Frans Bekkenbauer deyib.
O, “Bavariya”nın yeni baş məşqçisi Xosep Qvardiolanın işindən danışıb: “Mən əminəm ki, Pep “Bavariya”nın oyununa nə isə yeni bir şey əlavə edə biləcək. Bəli, komanda onsuz da tarixində ən yaxşı mövsümlərdən birini keçirdi, amma həmişə nəyəsə cəhd etmək lazımdır. Məsələn, Xosep sürətli futbola və qısa ötürmələrə üstünlük verir. “Bavariya” da buna cəhd edirdi, lakin həmişə müvəffəqiyyət qazanmırdı. Qvardiola bizimlə çoxdan müqavilə imzaladı. O, Nyu-Yorkda qalarkən, biliklərini artırmaq üçün çalışırdı. Komandada dil bilmə məşqçinin effektiv işi üçün vacib şərtdir”.

0
0