Mançini Tevesin meydana çıxmasını səbirsizliklə gözləyir
02.07.2013 - 05:03
Mançini Tevesin meydana çıxmasını səbirsizliklə gözləyir
“Tevesin İtaliyada necə oynayacağını gözləyə bilmirəm. Karlos çempiondur. O, uzun müddət “Yuventus” kimi belə komandaları axtarırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Mançester Siti”nin sabiq baş məşqçisi Roberto Mançini deyib.

İtaliyalı çalışdırıcı “Yuventus”un yeni transferi Karlos Tevesin yeni komandasındakı çıxışına səbirsizliklə gözləyir: “A seriyasında mübarizə aparmaq və qalib gəlmək çətindir. Xüsusilə, əgər sən iki dəfə ard-arda çempion olursansa bu ağırdır. Amma mən düşünürəm ki, üçüncü dəfəyə İtaliya çempionu olmaq üçün Antonio Kontenin komandasında hər şey var. Teves “Yuventus”da 10 nömrəli formanı geyindiyi üçün Del Pyeronun varisi olacağına əminəm. Onun baş məşqçi ilə heç bir problemləri yaranmayacaq. Çünki argentinalı hücumçu peşəkardır”.

Qeyd edək ki, Teves ötən həftə Turin klubuna “Mançester Siti”dən 12 milyon avroya transfer olunub.