“Neftçi” – “Terek” oyununun vaxtı müəyyənləşdi
02.07.2013 - 08:23
“Neftçi” – “Terek” oyununun vaxtı müəyyənləşdi
Azərbaycan çempionu “Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışında keçirəcəyi daha bir oyunun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Böyükağa Hacıyevin yetirmələri Rusiyanın “Terek” klubu ilə iyulun 9-da görüşəcək.

Bakılıların Qroznı təmsilçisi ilə qarşılaşacağı əvvəlcədən bilinsə də, tarix yalnız indi müəyyənləşib. Əvəzində “Neftçi”nin “Terek”in hansı heyəti ilə qarşılaşacağı bilinmir. Belə ki, rusiyalılar həmin gün 2 heyətlə 2 fərqli matç keçirəcək. Komandanın bir heyəti Azərbaycan çempionu ilə qarşılaşacaqsa, digəri “Xəzər Lənkəran”ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi İsrail “Makkabi”sini (Hayfa) sınağa çəkəcək.